// Social media share buttons Let's Travel

BLOQ



ZEVSİN HEYKƏLİ




Olimpdə Zevsin heykəli - antik heykəltəraşlıq əsəri, dünyanın yeddi möcüzəsindən biridir.

 

Yunanların uydurduqları baş ilahisi Zevsin şərəfinə ucaldılmış heykəl qədim Yunanıstanın Olimpiya şəhərində dahi yunan heykəltəraş Fidiy tərəfindən yonulub hazırlanıb. Möhtəşəmliyi və ecazkarlılığı ilə insanların böyük marağına səbəb olan heykəl zamanla kənar təsirlərə məruz qalır. Zəlzələlərin, sellərin təsiri ilə heykəl pis vəziyyətə düşür. Zəngin bir yunan tərəfindən İstanbula gətirilən heykəl, 462-ci ildə baş verən böyük bir yanğında tamamilə yox olur.