// Social media share buttons Let's Travel

BLOQ



MİSİR PİRAMİDALARI




Qədim Misirdə ölkəni idarə edən fironları dəfn etmək üçün ehramlar tikilirdi. Hər ehram yalnız bir hökmdarın dəfni üçün nəzərdə tutulurdu. Fironların mənasız inamlarına görə, ruhlarının guya uydurduqları ilahların yanına pillələrlə qalxa bilməsi üçün ehramlar pilləvarı piramida şəklində inşa olunurdu. Ehramın tikintisinə firon yaşayan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn edilirdilər. Misirin müxtəlif yerlərində yüzlərlə ehram var. Ən böyük və məşhur ehramlar müasir Misirin paytaxtı Qahirə yaxınlığında, Gizada yerləşən Xeops, Xefren və Mikerin ehramlarıdır ki, qədim dövrlərdə onlar dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Hər ehram onu tikdirmiş fironun adını daşıyır.