SEMİRAMİDANIN (BABİL) ASMA BAĞLARI

BABİL.
Əfsanəyə görə, bu bağlar Assuriya şahzadəsi Semiramidanın əmri ilə yaradılıb.
Ancaq bağların e.ə., VII əsrdə padşah Navuxodonosorun əmrilə yaradıldığı da deyilir. Qaynaqlarda göstərilir ki, bu hökmdar Midiya şahının qızı Semiramida ilə evlənib, onu Babilə gətirir. Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir və sevdiyi qadın üçün Midiyanın gözəlliyini qədim vadinin mərkəzinə gətirir.
Semiramidanın şərəfinə salınan bu bağlar üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli memarları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi qurur. Salınan bağlar "Semiramida bağları" adı ilə məşhurlaşır.