// Social media share buttons
Bakıdan Antalyaya!
Uçuş 16 avqust, 7 gecə:
DIAMOND ELITE HOTEL 5* (Çolaklı) UAI - 1135 USD - dan;
CRYSTAL ADMIRAL RESORT SUITES & SPA 5* (Side) ULTIMATE AI - 1160 USD - dan;
DIAMOND PREMIUM & SPA 5* (Titreyengol) UAI - 1180 USD - dan;
CRYSTAL SUNSET LUXURY RESORT & SPA 5* (Side) ULTIMATE AI - 1235 USD - dan;
DIAMOND BEACH HOTEL 5* (Gündoğdu) UAI - 1310 USD - dan;
CRYSTAL PALACE LUXURY RESORT & SPA 5* (Side) ULTIMATE AI - 1385 USD - dan.
Qiymət DBL-də 1 nəfər üçün hesablanmışdır.
Qiymətə daxildir: hava səyahəti, baqaj, əl yükü, seçilmiş yemək növü ilə yaşayış, transfer.
QISA MƏLUMAT. Dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyədir. Bu ölkənin illik büdcəsinin 4 faizi turizm sahəsindən əldə etdiyi gəlir hesabına formalaşır.
Türkiyədə bütün növlər üzrə kurortlar mövcuddur.
Türkiyə turizm biznesi Avropa, Amerika və digər ölkələrdən olan varlı müştərilərinə lüks şəraitli, bahalı istirahəti tam təmin edir. Eyni zamanda, son illərdə burada Rusiya, Ukrayna və digər MDB ölkələrindən olan orta təbəqə müştərilərinə hesablanmış nisbətən ucuz və güzəştli turizm obyektləri də geniş yayılıb.
Ümumiyyətlə, Türkiyədə bütün növlər üzrə kurortlar, istirahət mərkəzləri var. Dəniz sahilinə yaxın ərazilərdə sənaye müəssisələrinə rast gəlinmir. Ölkənin ən populyar kurortları Aralıq dənizi sahillərindədir. Antalya burada əsas yeri tutur. Burada 2, 3, 4 və 5 ulduzlu olmaqla 120-dək hotel fəaliyyət göstərir. Antalya daha çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur.
Bölgədəki digər məşhur turizm mərkəzi olan Kəmər, dağlarla dəniz arasında yerləşir. Dağlar küləkdən qoruyur, dəniz isə iqlimi yumşaldır. Kəmərdə 350-dək hotel fəaliyyət göstərir.
Bələk isə evkalipt, küknar və şam meşələri, zəngin flora və faunası ilə turistləri özünə cəlb edir. Bura ölkənin qolf mərkəzi və Aralıq dənizi sahillərində ən bahalı kurortudur. Burada 100-dən yuxarı hotel var.
Türkiyənin Egey dənizi sahilində ən çox turist cəlb edən kurortu isə Bodrumdur. Serfinq, dayvinq və digər su idman növləri ilə məşğul olanlar üçün Bodrum ən əlverişli istirahət yeridir. Burada 200-dən çox hotel tərəfindən salınan çimərliklər süni beton platformaların üzərinə tökülmüş qumluqlardan ibarətdir. Əsasən təmiz və yaşıl təbiəti ilə tanınan Quşadasında isə süni qumluqların yaradılmasına ehtiyac yoxdur - ərazi narın qumluqları ilə diqqəti cəlb edir. Burada 80-dək hotel müştərilərə xidmət göstərir.
Pamukkala isə müalicəvi əhəmiyyətli kurortlardandır.
Türkiyəni turizm baxımından əlverişli edən ilk növbədə onun iqlimidir. Subtropik Aralıq dənizi iqlimi yayda 23-33 dərəcə, qışda isə 13-15 dərəcə istini təmin edir. Bu baxımdan Türkiyədə yaz və payızda (aprel-oktyabr ayları) turizm baxımından daha əlverişli dövr sayılır. Ölkə dörd dənizlə əhatə olunub - Qara, Mərmərə, Aralıq və Egey dənizləri. Elə ölkənin ən tanınmış istirahət mərkəzləri də məhz bu dənizlərin sahillərində yerləşir.
Yaz-payız dövrünə hesablanmış çimərlik kurortlarıyla yanaşı, Türkiyə son vaxtlar dağ turizmini də geniş inkişaf etdirir. Uludağ və Palandökən bu baxımdan daha çox tanınıb. Dağ-xizək turizm mövsümü dekabr-mart aylarında 120-150 günü əhatə edir. Uludağda uşaqların da sürüşməsinə imkan verən Uludağ istirahət mərkəzləri ailəvi istirahət etmək istəyənlər üçün əlverişli imkan yaradırlar.
Azərbaycanlı turistlər Türkiyədə üstünlük təşkil edir. Azərbaycandan Türkiyənin müxtəlif istirahət guşələrində dincəlməyə gedənlərin sayı artıb.
Dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyədir
Dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyədir
Dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyədir
Dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyədir