HALİKARNAS MAVZOLEYİ
![](/uploads/blog/mausoleum-1.jpg)
Dünyanın 5-ci möcüzəsi kimi Kiçik Asiyanın Qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadının istəyi ilə e.ə, IV əsrin ortalarında məzarının üzərində tikilən əzəmətli məqbərə (sərdabə) idi.
Elə "mavzoley" sözü də Mavsolun adından yaranıb. Mavzoley zəlzələ nəticəsində çöküb. Abidənin olduğu yer bu gün çuxur olaraq qalmaqdadır. Mavzoleyin hündürlüyü 55 metrdir, bu da 20 mərtəbəli binanın hündürlüyü qədərdir. Antik mənbələrdə dörd atlı heykəlin və mavzoleyin Fidiyə məxsus olduğu yazılır.
Mavzoleyin tikintisinə Kariyanın sahibi Mavsol təxminən e.ə, 355-ci ildə başlayıb. Onun ölümündən sonra xanımı, xanımının da ölümündən sonra Mavsolun digər qardaşları məqbərənin tikintisini davam etdirmişlər. Bəzi mənbələrdə mavzoleyin tikintisi yarıya çatdırılanda Halikarnasa ayrılmış maddi vəsaitin bitdiyi və tikilini bitirmək üçün pulun insanlardan toplandığı göstərilir.