RODOS HEYKƏLİ
![](/uploads/blog/maxresdefault1.jpg)
Deyilənə görə e.ə, III əsrdə sərkərdə Demetri, Rodos adasına hücum edir, ancaq adanı tuta bilmir.
Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara alırlar.
Abidənin qurulması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunur. Xares abidəni 12 ilə ərsəyə gətirir.
Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Camaat onu öz himayəçisi hesab edirdi.
E.ə, 225-ci ildə baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınır. Heykəl dənizə yıxılır və təxminən 1000 il sahildə bu vəziyyətdə qalır. Tarixçi Strabonun məlumatına görə, rodoslular "baxıcı" məsləhəti ilə onu qaldırmırlar. 653-cü ildə ərəb sərkərdəsi adanı ələ keçirdikdən sonra nəhəngi bir yəhudiyə satır.
Daha sonra heykəl hissələrə bölünərək satılır. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvədən istifadə olunub.